Poroşenko Saakaşvilini VƏZİFƏDƏN ÇIXARDI
Ukrayna prezidenti Petro Poroşenko Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini vəzifəsindən azad edib Məlumata görə, onun işdən qovulmağı ilə bağlı qərar prezident tərəfindən “açıq tarix”lə yazılıb. Qeyd edilib ki, hələlik Saakaşvilinin yerinə təyinat olmayıb. Daha əvvəl də KİV-lər martın əvvəllərində qubernatorun vəzifədən azad ediləcəyi ilə bağlı məlumatlar yayırdılar. (qafqazinfo)