PUTİN Ərdoğanın oğlunun GƏMİSİNİ həbs etdirdi
Rus hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulmasından sonra Rusiyaya səfər edən türk bayraqlı gəmilərin Port State Control (PSC) yoxlaması adı altında günlərlə limanlarda saxlanılması davam edir. Ən son isə Türkiyə prezidentinin böyük oğlu Əhməd Burak Ərdoğana məxsus M/V SAKARYA adlı quru yük gəmisi 3-7 Mart 2016-cı il tarixləri arasında Novorosiyyiski limanında saxlanıldıqdan sonra PSC sonucu həbs qərarı çıxarılaraq, 5 gün səfər etməsi qadağan edilib. Qeyd olunur ki, artıq aylardır türk gəmiləri Rusiyada bu münasibətlə üzləşməyə davam edirlər. Çünki demək olar ki, əksər türk gəmiləri ən az 3 gün həbs olunurlar. 24 noyabrdan bu günə qədər 36 türk gəmisinin həbs olunduğu da vurğulanır.