Oqtay Əsədov Azay Quliyevə irad tutub: “İLK NÖQSANI özünüzdə axtarmalısınız”
Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında parlament sədri Oqtay Əsədov deputat, Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyevi məsuliyyətli olmağa çağırıb.
“Report”un xəbərinə görə, parlamentdə “Reklam haqqında” qanuna dəyişiklik layihəsi müzakirə olunan zaman A.Quliyev deyib ki, hazırlanan reklam çarxları bu gün lazımı səviyyədə işıqlanmır, bunun da səbəbləri fərqlidir: “Bəzən bu çarxlar keyfiyyətli olmur, bəzən də televiziyalar onları yayımlamağa maraqları olmurlar. Təklif edərdim ki, televizya qurumları QHT-lər ilə birlikdə fəaliyyət göstərib çarxları hazırlasın, daha sonra onların yayımlanması təmin edilsin”.
MM sədri Oqtay Əsədov isə cavabında deputatı məsuliyyətli olmağa çalışıb: “İlk nöqsanı özünüzdə axtarmalısınız. Çünki pulu da verən sizsiniz, onun keyfiyyətinə də siz baxmalısınız”.