03.09.2014- Bakı Dövlət Universiteti dünəninimiz,bu günümüz və sabahımızdır!

03.09.2014- Bakı Dövlət Universiteti dünəninimiz,bu günümüz və sabahımızdır! Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 1919-cu il sentyabr ayının 1-də keçirilmiş iclasında Bakı Universiteti təsis olundu və Azərbaycanın ilk universitetinin nizamnaməsi təsdiq edildi. Bakı Universiteti öz tədris fəaliyyətinə tarix-filologiya və tibb fakültələri olmaqla cəmi iki fakültə ilə başladı. Həmçinin tədrisin ilk ilində universitetdə min nəfərdən bir qədər artıq tələbə təhsil alırdı. Bununla belə Bakı Universiteti Azərbaycanın ilk elm və maarif ocağı idi və onun yaradılması ilə milli dövlətçiliyimizin tarixinə daha bir şanlı səhifə yazılmış oldu. Həmçinin qeyd tmək lazımdır ki, Universitetin fəaliyyəti bütün müsəlman və türk dünyasının ictimai həyatına da mütərəqqi təsirlərini göstərdi.

Təbii ki, Azərbaycanda bir çox digər sahələr kimi Bakı Dövlət Universiteti (o dövrdə Azərbaycan Dövlət Universiteti) də özünün ən dinamik inkişaf dövrünə məhz keçən əsrin 60-cı illərinin sonlarında daxil oldu. Bu isə Ümummilli Lider Heydər Əliyevin həmin dövrdə respublikada hakimiyyətə gəlməsi ilə bağlı idi. Məhz həmin illərdə universitetin maddi-texniki təchizatı möhkəmləndirildi, yeni ixtisaslar üzrə fakültələr, kafedralar, elmi-tədqiqat laboratoriyaları açıldı.

Xüsusi olaraq belə bir məqamı vurğulamaq lazımdır ki, Bakı Dövlət Universiteti ölkənin ali təhsil müəssisələri arasında hər zaman aparıcı mövqeylərə sahib olmaqla, cəmiyyətdə müstəqil dövlətçilik ideyalarının formalaşmasına da öz tövhələrini vermişdir. 1980-ci illərin sonlarından başlamış milli azadlıq hərəkatına əməkdaşları, tələbələri və məzunları ilə qoşulmuş BDU bu mübarizənin də ön sıralarında olmuşdur.

03.09.2014- Bakı Dövlət Universiteti dünəninimiz,bu günümüz və sabahımızdır!
Bu gün Bakı Dövlət Universiteti ölkənin elm və təhsil müəssisələri arasında sözün əsil mənasında flaqman funksiyalarını həyata keçirir. BDU-da tətbiq olunan demokratik idarəçilik və özünü idarə üsulları, burada təhsil alan tələbələrə yüksək dəyər verilməsi, hər kəs üçün bərabər imkanların yaradılması universitetdə xüsusi mühitin formalaşmasına səbəb olmuşdur. Tədris və qiymətləndirmə proseslərində gözlənilən şəffaflıq, tələbələrdə təqdir olunan sərbəst düşüncə tərzi BDU-nun fəaliyyətini xarakterizə edən əsas prinsiplərdəndir. Bu gün 17 fakültəsi, 130 kafedrası, 2 elmi-tədqiqat institutu, 4 elmi-tədqiqat mərkəzi, 24 elmi-tədqiqat laboratoriyası ilə Bakı Dövlət Universiteti müasir təhsilin və elmi tədqiqatların mərkəzidir. Məlum olduğu kimi BDU hazırda respublikada fəaliyyət göstərən bir çox ali təhsil müssisələrinin, o cümlədən tibb, iqtisad, pedaqoji universitetlərinin, habelə Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında baza rolunu oynamışdır. Universitetdə 3000 elmlər doktoru və 250 nəfərlik professor-müəllim heyətinin cəlb olunduğu tədris prosesi yüksək keyfiyyəti ilə diqqəti cəlb edir. Təhsildə Boloniya sistemi – vahid kreditləşmə və diplomların dünya səviyyəsində qarşılıqlı tanınması sistemi tətbiq edilir, tədrisin təşkilində video və distant təhsildən istifadə olunur. Azərbaycan, rus və ingilis dillərində bakalavr, magistratura və doktorantura pilləsində 65 ixtisas üzrə yüksək peşəkarlıqlı mütəxəssislər hazırlanır.

Təəssüflər olsun ki, Bakı Dövlət Universiteti barədə danışarkən bu gün bu qocaman ali təhsil müəssisəsi ətrafında cərəyan edən bəzi elm və tədrisdən kənar proseslərə də toxunmaq zərurəti meydana çıxır. Belə ki, bəzi informasiya vasitələrində, sosial şəbəkələrdə BDU-nun fəaliyyətinə dair həqiqətə uyğun olmayan, iftira xarakterli məlumatlar yayımlanır. Həmçinin universitetin rektoru akademik Abel Məhərrəmova qarşı davamlı olaraq böhtan kampaniyaları keçirilir, bu görkəmli elm xadimi əsassız ittihamlarla qarşılaşmalı olur.

03.09.2014- Bakı Dövlət Universiteti dünəninimiz,bu günümüz və sabahımızdır!
Əslində bu gün ölkəmizdə mütərəqqi, qabaqcıl və inkişafa aparan nə varsa, bütün hər şeyə qarşı olan qüvvələrin mövcudluğu və məhz bu qüvvələrin bütün anti-demokratik, anti-dövlət kampaniyalarının başında durduğu hər kəsə məlumdur. Həmçinin bu qüvvələrin hansı amallara xidmət etmələri, kimlərin dəyirmanına su tökmələri də elə də böyük sirr deyil. Bu səbəbdən də dərc olunan şər və böhtanların nəticəsiz, əksər hallarda isə həm də cavabsız qalmaları da cəmiyyətdə normal qəbul edilir. Amma bəzən də həddini aşan insana onun yerini göstərməkdə bir fayda olur. Bu xüsusda bəzi fikirlərimlə bölüşməzdən öncə, azacıq haşiyədən kənara çıxmaq istərdim. Təxminən 25-30 il bundan əvvəl təsadüfən şahidi olduğum bir söhbət yadıma düşür. Bir neçə yaşlı kişi Səməd Vurğunun yaradıcılığını müzakirə edirlər. Diqqətimi cəlb edən bu olur ki, danışanların hamısı (2 ya 3 nəfər) dahi şairimizə qarşı sırf tənqidi fikirlər bildirirlər. Yalnız bir nəfər ağsaqqal söhbətə qarışmır və sadəcə digərlərini dinləyir. Bu zaman danışanlardan biri ona müraciət edərək deyir ki, sən niyə öz fikirlərini söyləmirsən? Ağsaqqal isə həmin şəxsə cavab verərək deyir ki, Səməd Vurğun barədə fikir söyləmək üçün, gərək özün də heç olmasa Səməd Vurğunun yarısı boyda olasan...

İndi biz də aparıcı elm və sənət adamlarımızın, dövlət xadimlərimizin və digər görkəmli şəxsiyyətlərimizin barəsində Vətən və xalq qarşısında indiyədək özünün heç bir xidməti olmayan, jurnalistika daxil heç bir sahədə kişik bir uğura belə imza atmayan, hətta hazırladığı cəfəngiyyatın mətnini də yazı səhflərindən sığortalamaq üçün bir başqasına sifariş etmək məcburiyyətində qalan cılız adamların boş danışıqlarını çox dinləməli oluruq. Heç üzümüzü onlara tutub soruşmuruq da ki, ay insan, ən azından sənin, barəsində ağız dolusu danışdığın həmin şəxsin xidmətlərindən xəbərin varmı? Məsələn, mənim üçün çox maraqlı olardı, bilim ki, Abel Məhərrəmovu “tənqid” atəşinə tutanlar, onun yazdığı yox, oxuduğu kitablardan neçəsinin adını eşidiblər? Və yaxud da, görəsən həmin insanlar BDU rektorunu müxtəlif illərdə mükafatlandırmış, üzvlüyə qəbul etmiş və ya hər hansı şəkildə sırf elmi xidmətlərini yüksək qiymətləndirmiş beynəlxalq cəmiyyətlərin, elm və təhsil müəssisələrinin yerləşdikləri ölkələrdən neçəsini xəritədə tapa bilərlər? Mən qətiyyən heç kəsi təhqir etmək niyyətində deyiləm.

03.09.2014- Bakı Dövlət Universiteti dünəninimiz,bu günümüz və sabahımızdır!
Amma etiraf etmək lazımdır ki, akademik Abel Məhərrəmovun bilavasitə rəhbəriliyi ilə kimyanın müxtəlif sahələri üzrə aparılan elmi tədqiqat işlərindən əldə olunmuş əsas elmi naliyyətlər barədə hətta səthi, tanışlıq xarakterli informasiyanı qavramaq üçün belə müəyyən elmi biliklərə malik olmaq lazımdır. Məhz onun rəhbərliyi altında son 10 ildə BDU-da Zərif Üzvi sintez və Nanoaraşdırmalar laboratoriyaları, müasir Fiziki-Kimyəvi Tədqiqatlar mərkəzi yaradılmışdır.
Əsasən gənc tədqiqatcılardan təşkil olunmuş elmi qruplar formalaşmışdır ki, bu qrupların fəaliyyəti nəticəsində Üzvi kimya, Analitik kimya, Neft kimyası, Polimer kimyası sahələrində və Nanomaterialların sintezi və tətbiqi sahəsində böyük nailiyyətlər əldə olunmuşdur. Bütün bu uğur və nailiyyətlər beynəlxalq və xarici ölkələrin elmi qurumları tərəfindən izlənilir, qeyd edilir və yüksək qiymətləndirilir.
Bu gün Abel Məhərrəmov məhz elmi-ictimai fəaliyyətinə görə Azərbaycan, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Latviya, Rumıniya, Albaniya, İngiltərə, Çin, Yaponiya, ABŞ və bir çox digər ölkələrin elmi cəmiyyətləri, hökumətləri və ictimai təşkilatları tərəfindən müxtəlif mükafatlarla, həmçinin orden və medallarla təltif olunmuşdur.
Hörmətli akademikimizin rəhbərlik etdiyi Bakı Dövlət Universitetinə gəlincə isə, ölkənin bu aparıcı elm ocağı bundan sonra da həm Azərbaycanın, həm də bütün dünyanın elm və təhsilinə öz dəyərli tövhələrini verməkdə davam edəcəkdir.


Azər Abdul

03.09.2014- Bakı Dövlət Universiteti dünəninimiz,bu günümüz və sabahımızdır!






Fikirlər