“ƏBÜLFƏZ QARAYEV də bu barədə öz razılığını bildirib"

İstər sayt, istərsə televiziyada, həmçinin qəzetlərdə mədəniyyət sahəsindən yazan jurnalistlər bəzən bağışlanmaz səhvlərə yol verir, qeyri-peşəkarlıq göstərirlər.

Mədəniyyət mövzuları üzrə yazan jurnalistlərin böyük əksəriyyəti bu sahəni sevsələr də, dərindən bilsələr də onların bəzi həmkarlarında bu mədəniyyət mövzularının işlənməsində və informasiyaların çatdırılmasında bilgisizlik halları müşahidə olunur. Bəs Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, mədəniyyət sahəsini işıqlandıran jurnalistlərin bu sahədə peşəkarlığını artırmaq üçün treninqlər, seminar keçirməyi düşünürmü?

Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr  şöbəsinin müdiri Vüqar Şıxəmmədov Moderator.az saytına açıqlamasında birgə işlədikləri, mədəniyyət sahəsini işıqlandıran jurnalistlərin fəaliyyətindən çox razı qaldıqlarını bildirib:
“İstər televiziya, istər çap mediası, istərsə də elektron xəbər portallarında mədəniyyət sahələrinə aid olan mövzuların işıqlandırılmasından çox razıyıq. Mədəniyyət ictimai bir sahədir və gün ərzində bir çox tədbirlərimizdə biz KİV nümayəndələrini görürük. Televiziya, qəzet və portallarda kifayət qədər peşəkar jurnalistlər var. Biz gündəlik işlədiyimiz jurnalistlərdən çox razıyıq. Zaman –zaman nazir Əbülfəs Qarayev də bu barədə öz razılığını bildirib və KİV nümayəndələrinin mədəniyyət, turizm sahələrinə ayırdıqları diqqəti yüksək qiymətləndirib”. 
O ki, qaldı bəzi qeyri-peşəkar jurnalistlərə, düşünmürəm ki, onlar hansısa seminar və treninqlərlə öz çatışmazlıqlarını düzəldəcəklər.  Əsas informasiya daşıyıcısı olan jurnalistlər elə peşəkar jurnlaistlərdir və onların fəaliyyətindən tam razıyıq”.

 






Fikirlər