Misir Mərdanovdan “nurçulara dəstək” ittihamına cavab gəldi- EKSKLÜZİV

misir-m

“Rafiq Əliyev mənim barəmdə nə danışırsa, özü bilər. Amma mən ona cavab verməyəcəm. Ən böyük cavabı zaman verəcək”.

Bu sözləri Gununsesi.info-ya açıqlamasında sabiq təhsil naziri Misir Mərdanov son zamanlar adının vaxtilə Fətullah Gülənə dəstək verən şəxslər arasında hallandırılmasına münasibət bildirərkən söyləyib. Xatırladaq ki, son zamanlar mediada Misir Mərdanovun təhsil naziri kimi nurçulara “yaşıl işıq” yandırması barədə iddialar var. Bu arada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri işləmiş “İRŞAD” İslam Araşdırmaları Mərkəzinin direktoru  Rafiq Əliyev də sabiq Təhsil nazirini  Azərbaycanda nurçuların fəaliyyətinə göz yummaqda suçlayıb.

Misir Mərdanov isə bildirib ki, ölkədə fəaliyyət göstərən təhsil ocaqlarının fəaliyyətində hansısa başqa maraqlar görməyib və bunu bilməsi də mümkün deyildi: “Nə mən, nə də başqaları onların məqsədini bilə bilməzdi”.






Fikirlər