“ETİBAR MƏMMƏDOVA nifrəti sonda onun özünü bogacaq” – AMİP-dən SƏRT CAVAB
Hüquqşünas Aslan İsmayılov bugünkü Facebook statusunda Azərbaycanda Rusiyameyilli siyasətçilərin fəallaşmasından yazıb. O, iddia edib ki, bu fəallaşma Azərbaycan-Rusiya münasibətlərində kəskinləşmə ilə bağlıdır. A.İsmayılov yazır: “Yadınızdadırsa, 2013-cü ilin əvvəllərində yazmışdım ki, Azərbaycanla Rusiya arasında münasibətlər kəskinləşən kimi bir neçə keçmiş «siyasi xadim»lər dirilirlər və mətbuatda tirajlanmağa başlayırlar. A.İsmayılovun Etibar Məmmədovun adını hallandırmasına AMİP-dən sərt cavab gecikməyib. AMİP Siyasi Şurasının üzvü Əli Orucov “AzPolitika”ya açıqlamasında bildirib:“Aslan İsmayılovun AMİP və onun lideri Etibar Məmmədova olan kin-kidurəti, nifrəti sonda onun özünü boğacaq. Mən onun bu sərsəm, axmaq fikirlərinə cavab verməyə də bilərdım, çünki hər yoldan ötənə daş atmazlar. Lakin belələrinin ağzına vurmasan azğınlaşır. Bu adam Rusiya tərəfindən Azərbaycana xüsusi tapşırıqla göndərilən adamdır və indiyədək də ölkəmizə və millətimizə qarşı işlədilməkdədir. Başqalarını Rusiyapərəstlikdə ittiham edən şəxs, Sumqayıt hadisələri zamanı Moskava tərəfindən Azərbaycana ona görə göndərilmişdi ki, dövlət ittihamçısı sifətində günahsız azərbaycanlılara divan tutsun. Onun xüsusi cənfəşanlığı və səyi nəticəsində hadislərin baiskarları, cinayətkar ermənilər qaldı qıraqda, suçsuz azərbaycanlılar ən ağır cəzaya, hətta ölüm cəzasına məhkum edildilər. Kişilikdən, qeyrətdən, haqdan, ədalətdən dəm vuran A.İsmayılovun həqiqətən cəsarəti və kişiliyi çatırsa, Sumqayıt hadisələri zamanı qurulan məhkəmədə prokuror kimi çıxışlarını, o cümlədən ittiham çıxışını mətbuta versin. O zaman onum maskası, əsil eybəcər və məkrli sifəti bir daha görünəcək. O, bu gün də erməniləri müdafiə etməkdədir. Bu da təsadüfi deyil. Görünən odur ki, ermənilərə məxsus “Emre Piliç” quşçuluq şirkəti Aslan İsmayılovun altına yumurta düzüb. Onun üçün heç bir fəqri yoxdur, pul müqbilində üstündə oturduğu nə yumurtadır. Millətimizə qənim kəsilən erməniləri müdafiə etməsinə də həyasızcasına özünə haqq qazandırmağa çalışır. Belələrinin başqalarını ittiham etməsi bir yana, ağzını açmağa belə haqqı yoxdur. Üstəlik də bu ağız hər dəfə açılanda ətrafı üfunət bürüyürsə”.
Həmin dövrdə Rəhim Qazıyevin mətbuatda geniş tirajlanan Prezidentə müraciəti peyda oldu. Elə o dövrdə də Surət Hüseynovun Gəncəyə qayıtması və QHT yaratması söhbəti yayıldı. Etibar Məmmədov da, deyəsən AMİP-lə bağlı hansısa tədbirlər keçirdi. Onda da birinci başlayan R.Qazıyev oldu. İndi də lokomotiv R.Qazıyevdir. Bu günlərdə də onun hamıya müraciəti oldu. Rəhmətlik Əbülfəz Elçibəyi Vətəninə xəyanətdə ittiham etdi. Bu dəqiqələrdə Facebook səhifələrində Sürət Hüseynovun İstanbuldan məşhur iş adamı kimi şəkilləri paylaşıldı. AXC hakimiyyətində təmsil olunmuşlar, adları çəkilənlərin əməllərini şəxsən mənə danışan siyasi, ictimai məşhurlar isə yenə susurlar, özlərini görməmiş, bilməmiş kimi aparırlar. Deyəndə ki, gözünüz onların qarşısında kölgəlidir, məndən inciyirlər. Gənclər bilməyə, görməyə, başa düşməyə bilərlər. Axı mən bu yaşımda, hər şeyi gözləri ilə görmüş necə susum, özümü qanmaz yerinəmi qoyum?