“PREZİDENT SEÇKİLƏRİNƏ QATILACAĞAM” – HÜSEYN Abdullayevdən ŞOK QƏRAR
Keçmiş deputat, bəstəkar, hazırda Almaniyada mühacirətdə yaşayan Hüseyn Abdullayev 2018 prezident seçkilərin öz namizədliyini elan edib. “AzPolitika.info”nun məlumatına görə, O, belə gözlənilməz bəyanatla bu gün çıxış edib. Sabiq deputat “Facebook”dakı açıqlamasında yazır: “Əziz bacı-qardaşlarım və çox dəyər verdiyim ağsaqqal, ağbirçəklərim!!! H.Abdullayev daha sonra xəbərdarlıq edib ki, heç bir təxribat onu yolundan döndərə bilməyəcək: “Bilirəm, bu qərara gəlməyim Bakıdakı bir çox xain qüvvələri ciddi şəkildə narahat edəcək və onlar tərəfindən şəxsimə qarşı yönəlmiş çirkin qarayaxma təbliğatlarına start veriləcəkdir. Çünki onlar yaxşı bilirlər ki, mənim Azərbaycana qayıtmağım onların kriminal əməllərinə, cəzasızlığına, korrupsiyasına və qudurğançılığına son qoymaq deməkdir. Bəri başdan həm onlara, həm də uzun illər onlarla işbirliyində olan bəzi saxta və cib müxalifət funksionerlərinə bəyan edim ki, onların heç bir avantürası məni öz yolumdan və doğma xalqıma xidmət etmək arzusundan çəkindirə bilməz. Önəmli olan millətimizin istəyi və qərarıdır. Əgər canım qədər sevdiyim Azərbaycan xalqı mənə ehtimad göstərib, bu vəzifəyə layiq görərsə, qayıdıb öz ölkəmə, doğma yurduma və millətimizin xoşbəxt, firəvan və hüzur içində yaşamasının təmin edilməsinə çalışaram”.
Məlumat üçün sizlərə bildirməliyəm ki, mən Hüseyn Abdullayev gələn il Azərbaycanda keçiriləcək prezident seçkilərində öz namizədliyimi irəli sürmək niyyətindəyəm. Əminəm ki, bu yüksək vəzifəyə seçildiyim təqdirdə dağılmaqda olan iqtisadiyyatımızın bərpa edilməsini, eləcədə, hüquq, məhkəmə, vergi, təhsil, səhiyyə və digər vacib sahələrdə köklü və radikal islahatların aparılmasını təmin etmək gücündəyəm”.