Azərbaycan diasporuna edilən HÜCUMLA bağlı - AÇIQLAMA
Hollandiya Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin ofisinə təşkil olunan hücumu və bu addımı atanları şiddətlə qınayıram. AzerTaym.az Axar.az-a ictinadən xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev qeyd edib. O, Hollandiya hökumətinin günahkarları cəzalandıracağına inandığını bildirib “Dərnək illərdir ki, Hollandiyada Azərbaycan həqiqətlərinin təbliğatını aparır. Başda dəyərli dostum, İlhan Aşkın olmaqla, bütün dostlarımıza keçmiş olsun deyirəm”. Qeyd edək ki, ötən gecə Hollandiyanın Haaqa şəhərində Azərbaycan diaspor təşkilatının ofisinə 4 nəfər basqın etmişdi.