Azərbaycanlı deputat vəfat ETDİ
Milli Məclisin deputatı Yevda Abramov vəfat edib. "AzerTaym.az"bildirir ki, bu barədə Yenicağ.az-a yaxınları məlumat verib. Xatırladaq ki, millət vəkili bit müddət öncə xəstəliyi ilə əlaqədar Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Millət vəkili İsraildə vəfat edib. Mərhumun nəşi Qırmızı Qəsəbəyə gətirilib. Qeyd edək ki, Yevda Abramov Milli Məclisin İnsan hüquqları komitəsinin sədrinin müavini idi. Allah rəhmət eləsin.