Xankəndidən sonra ŞUŞA da BOŞALIR...
Azərbaycanın işğal altında olan Şuşa şəhərinin 80%-dək əhalisi evlərini tərk edib. Bu barədə “TASS”a yerli administrasiya rəhbəri bildirib. Onun sözlərinə görə, şəhərdə 20-30%-dən çox insan qalmayıb. Onların əksəriyyəti isə orta yaşlı şəxslərdir. Qeyd edək ki, bundan əvvəl Xankəndidə çəkiliş aparan “Mash” teleqram kanalı şəhərin tamamilə boşaldığını əks etdirən reportaj hazırlamışdı. /“Qafqazinfo”