Ağcabədi sakinləri OD PÜSKÜRDÜ - İcra başçısından Prezidentə ŞİKAYƏT OLUNDU...
Ağcabədidə sakinlər çıxılmaz durumdadırlar. Dəfələrlə aidiyyatı qurumlara, başda icra başçısı Rafil Hüseynov olmaqla, bütün rəhbər şəxslərə şikayət etdiklərini bildirən narazı ağcabədililər qeyd edirlər ki, bu gün onlar əkin sahələrini suvarmağa bir damcı su da tapmırlar.
"Nə bələdiyyəmiz var, nə icra nümayəndəmiz... Sözümüzü deməyə yer tapa bilmirik" deyən Ağcabədi sakini Kamil Kərimov onlara dəyən maddi ziyanın ödənilməsini də tələb edirlər.
DİA.AZ bildirir ki, sakinlər çıxılmaz durumları ilə bağlı Prezident İlham Əliyevə müraciət edərək icra başçısından gileylərini çatdırıblar: "İcra başçısının yanına gedirik, deyirlər ki, qəbul yoxdur. Əvvəlki başçının vaxtında belə deyildi..."
Daha ətraflı aşağıdakı videoda:
İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...