Könül boşandığını ilk dəfə etiraf etdi: “30 il qoruya bildim“
"AzerTaym.az" Olay-a istinadla xəbər verir ki, sənətçi bu barədə "Günün sədası" verilişində qonaq olarkən danışıb. Kərimova kövrələrək ailəsini sadəcə 30 il qoruya bildiyini söyləyib: "Bu yaxınlarda bir yazıçıdan gözəl söz eşitdim. Dedi ki, yanlış bir evlilik bütün ömrün boyu uduzmaq deməkdir. Etiraf edirəm ki, çox şeylərdən geri qalmağımın səbəbi məhz evliliklə bağlı yaşadığım bu çətinliklərim oldu. Ağır bir məclisdən çıxırdım, gedib yorğun, halsız evə çatırdım və evdəki problemləri həll etməyə başlayırdım. Xatırlamıram ki, gəlib evdə nəyisə hazır görüm. Əslində bu addımı atmaq o qədər də çətin olmadı. Çünki mən vidalaşmışdım. Elə ilk gündən, yanlış imza atdığım andan bunu hiss etmişdim. Başa düşdüm ki, evlilik sadəcə kağız üzərində olmur. Hara qədər bacardımsa, oraya kimi daşıdım. Çox səliqəli sağollaşdıq. Məktub yazdı ki, bağışlayın, olmadı..." Qeyd edək ki, Kərimovanın ailə qurduğu bəy onun xalası oğlu olub. Cütlüyün iki övladı var.