CAHANGİR HACIYEV MALİYYƏ NAZİRLİYİNİ İTTİHAM EDİR – “O, hara baxırdı?”

 

1449732458_1449722699_0001-1“Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan keçmiş sədri Cahangir Hacıyevə qarşı kreditlərin mənsimsənilməsi üzrə ittihamlar irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.”
Bu sözləri C.Hacıyevin vəkili Aqil Layıcov “Azadlıq” radiosuna açıqlamasında deyib.
Vəkil bildirib ki, əgər kredit verilibsə və qaytarılmayıbsa, bu, Cahangir Hacıyevlik məsələ deyil.
“Əslində qaytarılmaqdan da getmir söhbət, kreditin qaytarılmasında ləngimələr var. Bu isə öz həllini tapa bilən məsələdir. Cahangir Hacıyevin içəridə olması bu məsələnin həllinə maneə yaradacaq. O, azadlıqda olana 400 milyonluq vəsaitin 200 milyondan artığının banka qaytarılmasına nail olub. Öz əlaqələri, kanalları vasitəsilə bunu edib, bəzi sübutlar xaricdədir. İndi istintaq təcridxanasında saxlanması onun bu işi başa çatdırmasına imkan vermir. O, həbs ediləndən sonra bir manat da olsun geri qayıtmayıb”- deyə vəkil bildirib.
A.Layıcov onu da deyib ki, müdafiə etdiyi şəxs qaytarılmayan kreditlər üzrə özünü məsuliyyətli saymır. Çünki orda kriteriyalar var, bu kriteriyalar müəyyən olunmalıdır.
“Əksər kreditlər Müşahidə Şurasının tapşırığı ilə verilib. Müşahidə Şurasında təmsil olunan məhz Maliyyə Nazirliyidir. Kredit veriləndə Maliyyə Nazirliyi hara baxırdı və indiyədək niyə adekvat addım atmırdı? Cahangir Hacıyev sadəcə icra orqanına baxıb, ali orqan Müşahidə Şurası olub. Bu qurumda isə əsas söz sahibi Maliyyə Nazirliyidir”- vəkil bildirib.
Dekabrın 5-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cahangir Hacıyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələrinə əsasən ittiham edilir.

 






Fikirlər