İcra başçısının GİZLİ şirkəti - “ESKA-LİDER“ MMC

bitmap-img6

Süleyman Mikayılovun stol-stul şirkəti tapıldı. 

Təhsil Nazirliyi əlbir olan icra başçısı öz sexində istehsal etdiyi keyfiyyətsiz bərk inventarları fatastik qiymətlərlə məktəblərə satıb 
Bi müddət əvvəl AzFakt.com saytı Qaradağ rayon icra başçısı Süleyman Mikayılovun stol-stul biznesi ilə məşğul olması barədə məlumat vermişdi. Həmin məlumatda qeyd etmişdik ki, icra başçısı vəzifəsindən istifadə edərək Sahibkarlığa Kömək Milli Fondundan bir neçə milyon kretdit götürərək Lökbatanda özünə mebel fabriki açıb və Qaradağ rayonu, həmçinin Bakı şəhərindəki bir çox orta məktəbləri stol-stulla təmin edib. 
Son 5 il müddətində Süleyman Mikayılov orta məktəblərə satdığı və keyfiyyəti həddindən artıq aşağı olan bərk inventarlar sayəsində  külli miqdarda gəlirlər əldə edib. İcra başçının Təhsil Nazirliyinin yüksək vəzifəli şəxsləri ilə əlbir olaraq orta məktəblərə satılan stol-stulları maya dəyərindən 4-5 dəfə baha sənədləşdirib və bu işdən milyonlarla manat qazanc əldə edib.
AzFakt.com apardığı araşıdırmalar nəticəsində icra başçısının Sahibkarlığıa Kömək Milli Fondundan hansı şirkətin adı altında kredit götürməsini üzə çıxardıb. Belə ki, apardığımız ilkin aradşırmada Süleyman Mikayılovun dövlət fondundan "ESKA-LİDER" MMC şirkətinin adına 2013-cü ildə 550 min manatdan yuxarı kredit üçün müraciət edərək həmin vəsaiti əldə edib. Hüququ ünvanı Bakı şəhəri Nəsimi rayonu Mir Cəlal 24,mənzil göstərilən "ESKA-LİDER" MMC şirkətinin Süleyman Mikayılova yaxın olan bir şəxsin adına qeydiyyatdan keçib. "ESKA-LİDER" MMC şirkəri 7 fevral 2005-ci ildə Vergilər nazirliyinin 2 saylı filialında qeydiyyata alınıb. Aldığımız məlumatda qeyd olunur ki, 0,6 faizlə Sahibkarlığa Kömək Milli Fondundun dəstəyi ilə 7 il müddətinə götürülən yarım milyondan çox kredit Süleyman Mikayılovun mebel fabrikinin tikintisi, avadanlıqlarının alınması üçün istifadə olunub. Ancaq icra başçısı digər şirkətlər vasitəsi ilə də digər banklardan kredit götürərək bu işə yatırdığı deyilir. 
Məsələnin digər maraqlı məqamı isə ondan ibarətdir ki, stol-stul sahəsinin paritet olmamasına rəğmən Sahibkarlığa Kömək Milli Fondu yarım milyondan çox vəsaiti Süleyman Mikayılovun şirkətinə çox rahatlıqla ayırıb. Əslində isə bir mebel sexinə uzun müddətli və çox aşağı faizlə bu qədər kredit verilməsi qanuna ziddir. Çünki Sahibkarlığa Kömək Milli Fondu bu qədər böyük vəsaiti Kənd Təsərrüfatı mallarının istehsalına yönləndirə bilər. Hansısa mebel sexinə bu miqdarda dövlət vəsaitinin verilməsi yolverilməz haldır.
Apardığımız digər araşdırmada isə məlum oldu ki, "ESKA-LİDER" MMC şirkəti Süleyman Mikayılovun Lənkəran icra başçısı işlədiyi dövrlərdədə bir çox tenderlərdə iştirak edib.Həmin şirkətin Lənkəran şəhərində xiyabanın təmiri, səkilərin tametlənməsi, üzlüklərin vurulması və sair işlər görüb. İcra başçısı rayonun sosial iqtisadi inkşafı üçün dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitləri məhz bu şirkət vasitəsi ilə silib. 
Adı çəkilən şirkət Süleyman Mikayılovun Qaradağ rayon icra başçısı işlədiyi dövrdədə bir çox tenderlərdə iştirak edib. Ancaq 2013-cü ildən "ESKA-LİDER" MMC şirkəti Süleyman Mikayılovu şəxsi biznesinin çiçəklənməsi fəaliyyəti ilə məşğul olub. 
Qaradağ rayon icra başçısı Süleyman Mikayılova məxsus olan "ESKA-LİDER" MMC şirkəti ilə bağlı araşdırmamız davam edir. Yaxın günlərdə adı çəkilən şirkətin Qaradağ rayonunda icra başçısına məxsus başqa hansı işlərlə məşğul olması və mebel sexindən  başqa, Süleyman Mikayılovun çörək, tamet biznesinədə girişməsi ilə bağlı araşdırmamızı oxucularımıza təqdim edəcəyik.
Qeyd edək ki, Qaradağ rayon İcra Hakimiyyəti başçısının özünə məxsus olan "ESKA-LİDER" MMC şirkətinə dövlət sifarişi ilə layihələr verməsi qanuna tamamilə ziddir. Hər halda Süleyman Mikayılovun Lənkəranda icra başçısı olduğu zaman "ESKA-LİDER" MMC şirkətinə dövlət sifarişi ilə layihələr verməsi, daha sonra isə Qaradağ rayonunda da heç kimə bəlli olmayan bu MMC-nin dövlət sifarişi ilə böyük layihələr alması əlaqədar təşkilatlar tərəfindən yoxlanılmalı və dövlətə vurulan ziyan müəyyənləşdirilməlidir. Bizi məlumatlandıran mənbənin sözlərinə görə isə Süleyman Mikayılovun şirkətinin uzun illər boyu aldığı sifarişlərin müqabilində dövlətə ödədiyi vergi qəpik-quruş olub. Xatırladaq ki, son zamanlar ölkə prezidenti İlham Əliyev dəfələrlə vergi qaçaqçılığının qarşısının alınmasını ən sərt şəkildə müvafiq dövlət qurumlarından tələb edib. Lakin buna baxmayaraq istər Vergilər Nazirliyi, istərsə də, icra hakimiyyətləri öz mənfəətləri naminə prezidentin bu tapşırıqlarına göz yumurlar. Nəticədə isə dövlət büdcəsinə hər il külli miqdarda ziyan dəyir.
PS.Bildirək ki, 12 gün bundan öncə "ESKA-LİDER"MMC şirkəti ilə bağlı Qaradağ rayon İcra hakimiyyətinin saytına göndərdiyimiz elektron sorğuya heç bir rəsmi cavab verilməyib.
 AzerTaym.az






Fikirlər