“1 kq YAĞ 5 MANAT 34 QƏPİYƏ İDXAL OLUNUR” – Qubad İbadoğlu

qubad i

Nazirlər Kabinetinin kərə yağı və süd məhsullarının idxal rüsumunun üç dəfə azaldılması barədə qərar qəbul edib. Qərara görə, 2017-ci ilin dekabrından bu məhsulların idxal rüsumu 15%-dən 5%-ə azaldılıb. Qərar 31 dekabr 2019-cu ilə kimi qüvvədə olacaq.

İqtisad elmləri doktoru Qubad İbadoğlu Facebook səhifəsində yazıb ki, rəsmi məlumatlara görə, ölkəyə 1 kiloqram Yeni Zelandiya yağı 5 manat 34 qəpiyə idxal olunur. Rüsum endirldikdən sonra 1 kq kərə yağının qiyməti orta hesabla 63 qəpik ucuzlaşa bilər.

O bildirib ki, Azərbaycana kərə yağı 15 ölkədən idxal olunur. Bunun 85 faizi Yeni Zelandiyanın payına düşür.

Ən ucuz yağ Estoniyadan – 2,62 dollar, ən baha yağ Lüksemburqdan – 10,18 dollar idxal edilir.

İndiki məzənnə ilə Yeni Zelandiya yağı 5 manat 33 qəpiyə başa gəlir. Nəticədə 1 kq yağın orta qiyməti 6 manat 80 qəpik təşkil edir.

4B49A826-7CB5-441E-B758-619D53F7DDDA_cx0_cy24_cw100_w650_r1_sİdxal olunan kərə yağı (Cədvəl Qubad İbadoğlunun facebook səhifəsindən götürülüb)

“Dövlət Gömrük Komitəsi (DGK) 1 kq kərə yağının 8 manat 84 qəpiyə idxal olunduğunu açıqlayıb. Ola bilər ki, DGK bu zaman həm də idxal rüsumları və əlavə dəyər vergisini (ƏDV) də həmin qiymətə daxil edib. Belə olan halda 5 manat 34 qəpik gömrük dəyəri olan Yeni Zelandiya yağı üçün əvvəlki qaydalara görə hesablanan 15 faiz gömrük rüsumu 80 qəpik edir, onu da əlavə edəndə gömrük dəyəri və rüsumlar birlikdə 6 manat 14 qəpik olur. Bu məbləğə hesablanan ƏDV 1 manat 10 qəpiyə bərabər olur. Belə olan halda idxlatçı şirkət Yeni Zelandiya mənşəli kərə yağını gömrükdən 7 manat 24 qəpiyə (6 manat 14 qəpik + 1 manat 10 qəpik) çıxarmalıdır”, Q.İbadoğlu qeyd edir.

Ekspert hesab edir ki, mağazalarda yağın ciddi ucuzlaşması gözlənilmir.

“Göründüyü kimi, rüsumun 3 dəfə aşağl salınması hesabına 1 kq kərə yağı digər şərtlər nəzərə alınmadığı halda orta hesabla 63 qəpik ucuzlaşa bilər. Bu isə o kərə yağının satışına qədər də böyük endirimə gətirib çıxarmayacaq. Hesab edirəm ki, 1 aydan sonra başlayan 50-60 qəpiklik ucuzlaşma qısa müddətli dövrdə müşahidə olunacaq və çox keçmədən qiymətlər yenə də əvvəlki səviyyəsinə qayıdacaq”, o bəyan edib.

Qeyd edək ki, oktyabrda ekspertlər, o cümlədən Natiq Cəfərli ilə Gömrük Komitəsi arasında kərə yağının əsassız bahalığı ilə bağlı disskusiya olub. Ekspert Dövlət Gömrük Komitəsini yağ idxalında inhisarçılıqda ittiham etdi.

N.Cəfərli Yeni Zelandiya yağının Azərbaycanla Gürcüstandakı qiymətləri arasında 40% fərqi (18 və 10 manat) izah etməyi tələb edib.

Nazirlər Kabinetinin qərarından sonra Cəfərli Facebook səhifəsində qeyd edib ki, “indi həll edilməmiş bir məqam qalır – rəqabətli və ədalətli mühit yaradılması”.

Xatırladaq ki, hazırda ölkəyə idxal olunan kərə yağının pərakəndə satışda bir kiloqramı 16-18 manatdır (“Amerikanın səsi”).






Fikirlər