"Azərbaycan oktyabrda yenə HÜCUM edə bilər...”

"Azərbaycan oktyabrda yenə hücum edə bilər...”

Sentyabrın sonlarında və ya oktyabrda Azərbaycan ordusunun Qarabağda yeni hücumu mümkündür.
Bu barədə jurnalistlərə Ermənistan ordusunun birinci Qarabağ müharibəsi dövründə kəşfiyyat-diversiya dəstəsinin komandiri olmuş Vova Vardanov deyib.
Kəşfiyyatçı Vardanov hesab edir ki, Azərbaycana aprel döyüşlərindən sonra nəticələr çıxarmaq üçün 2-3 ay vaxt lazım idi. Onun sözlərinə, apreldən sonra erməni qüvvələri təmas xəttində müəyyən işlər görüblər, ancaq həmişə ayıq olmaq və yeni hücuma cavab verməyə hazırlaşmaq lazımdır.
"Praktiki olaraq indi bütün hərbi hissələrdə nəticələr çıxarmağa çalışırlar, son dəyişikliklər bizim rəqibə daha adekvat cavab verməyimizi təmin edir. Ancaq biz lazımi nəticələr çıxarmasaq yeni hücum cəhdi mümkündür”-Vova deyib./virtualaz.org/

AzerTaym.az






Fikirlər