Uşaqların zehni inkişafına fayda – Məsləhət

qoz

Gün ərzində 7 ədəd qoz yemək uşaqlar üçün çox faydalıdır

Gün ərzində 7 ədəd cəviz yeyən uşaqlarda zehni inkişaf daha yaxşı gedir və onlar dərslərini rahat qavrayırlar.

“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu mütəxəssis-həkim İşın Sayın bildirib.

Qozun uşaqların sağlam qidalanmasında mühüm yeri olduğunu deyən mütəxəssis uşaqların məktəbdə olduqları vaxt ərzində yaxşı qidalanmasının vacib olduğunu bildirib: “Uğur və sağlamlıq sürpirizlərə bağlı deyil. Uşaqların məktəb çantasında hər gün mütləq qoz olmalıdır. Hər gün 7 ədəd qozdan istifadə olunması çox önəmlidir. Qozda olan lazımlı yağ turşuları böyük insanları alzhemir xəstəliyinə tutulmaqdan qoruyur, uşaqlarda isə beyin funksiyalarını dəstəkləyir.

Həkim deyib ki, tərkibində dəmir və sink olan, B vitamini ilə zəngin qoz məktəb yaşlı uşaqların zehni inkifaı üçün çox vacibdir.

Həkim qabıqlı qozdan istifadənin də əhəmiyyətini vurğulayıb. Bildirib ki, qozun sındırılaraq yeyilməsi daha faydalıdır: “Açıq şəkildə satılan qoz ləpəsinə qarşı diqqətli olmaq lazımdır. Qozda olan lazımlı maddələr açıq havada qaldıqca faydalılığını itirir. Qoxu və dadını dəyişir. Qovrulan ləpə də yüksək istilik səbəbində qida dəyərini itirir”.






Fikirlər