Şəmsiyyə Namazlı: "Bu fəaliyyəti həyata keçirmək üçün gözəllik salonlarına nə strukturuna, nə fəaliyyətinə, nə də tibbi qanun-qaydalarına görə hüquqi əsas verilmir"
"Gözəllik salonlarındakı mütəxəssislər bakirəliyin bərpasını müayinə edəcək. həyata keçirəcək səviyyədə tibbi biliklərə malik ola bilməz”.
Bunu Sherg.az-a bəzi gözəllik salonlarında gizli şəkildə bakirəliyin bərpası xidmətlərinin göstərilməsinin tibbi əsaslarını izah edərkən tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyib.
O bildirib ki, bu fəaliyyəti həyata keçirmək üçün gözəllik salonlarına nə strukturuna, nə fəaliyyətinə, nə də tibbi qanun-qaydalarına görə hüquqi əsas verilmir:
"Belə bir müayinə gözəllik salonlarında həyata keçirilə bilməz. Həmin əməliyyat yalnız Səhiyyə Nazirliyinin icazəsi ilə açılmış, sanitar-gigiyenik göstəricilərə cavab verən, müasir laboratoriyası olan, ən yeni avadanlıqlarla təchiz olunmuş tibb müəssisələrində aparıla bilər.
Gözəllik salonlarında hətta gizli şəkildə olsa belə, bakirəliyin bərpası analizlərini orada aparmaq mümkün deyil. Çünki bunun aparılması üçün mütləq şəkildə avadanlıq və həkim lazımdır. Qanın götürülməsi, müayinə olunması, həmin qanın tibbi laborator analizlərin aparılması aparatlarına yerləşdirilib, bir neçə saat saxlanması, cavabın hazırlanması imkanları yoxdur. Bu analizi həyata keçirərkən vena damarından qan götürülür. Qan götürdükdən sonra xüsusi borulara yerləşdirilməsi, onların steril olunması lazımı qaydada aparılırmı? İşləyən həkimin əlcəklə təmin olunması, müalicəni yerinə yetirmək üçün reaktivlərin olub-olmaması, onların istifadə müddəti haqqında nüanslar var. Bu prosesin tibbi qaydalarını saatlarla izah etmək mümkün deyil. Amma heç bir halda sadaladıqlarım olsa belə, bu müayinələrin aparılmasına nə tibbi, nə qanuni, nə də hüquqi cəhətdən icazə verilir”.
Gizlin formada həyata keçirilən bu proseslər zamanı infeksion xəstəliklərin yayılacağını diqqətə çatdıran Ş.Namazlı deyib ki, ən adi ehtiyatsızlıq üzündən belə infeksiyalar yayıla bilər:
"Məsələn, gələn xəstə hepatitli və ya vərəm xəstəsidir. Onun hansısa qanı götürülən zaman bircə damcı belə harasa düşsə, bu xəstəliyin infeksiyaları yayılacaq. Mütləq həmin hissə neytrallaşdırıcı məhlullarla yuyulmalıdır. Bu yerinə yetirilməsə xəstəliyin yayılmasına səbəb olacaq.
Ehtiyatsızlıq ucundan baş verən hadisələrin, digər hər hansı xəstəliklərin qarşısını alacaq maddələr olmadığına görə, başqa müştərilərin də səbəbsiz yerə xəstəlilərə yoluxmasına səbəb olacaq.
Gözəllik salonlarında qeyri-qanuni, antisanitar şəraitdə bakirəliyin bərpasının həyata keçirilməsi əxlaq normalarına da uyğun deyil”.
AzerTaym.az