“HALAL sertifikatının olması TƏHLÜKƏsizlik göstəricisi deyil” – QİDA Təhlükəsizliyi Agentliyi

b74533ff458a8e0db94b257fc846fea3

“Bu gün “Halal” məhsulları standartlarının verilməsi ilə bağlı əhali və sahibkarlar arasında yanlış fikir formalaşıb”.

“APA-Economics”in məlumatına görə. Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib.

Onun sözlərinə görə, halallıq göstəricisi və halal standartın olması təhlükəsizlik göstəricisi deyil: “Halal standartının sertifikatı verilməsi məcburi xarakter daşımır və könüllü olmalıdır,” – deyə Q Təhməzli vurğulayıb.

Q. Təhməzli bildirib ki, Qida Təhlükəsizliyi Agentliyi halal sertifikatı verməyəcək: Bunun üçün istənilən sahibkar öz istəyi ilə istənilən sertifikatlaşma qurumuna müraciət edərək oradan bu sertifikatı alaraq “halal” məhsullar istehsal edə bilər. Ancaq bir daha vurğulayıram ki, bu məcburi deyil və hər bir şirkət halal standartı sertifikatı almaq məcburiyyətində deyil. Yalnız halal məhsullar istehsal edən şirkətlər bu sertifikatı almalıdırlar”.

 






Fikirlər