Qazlı içkilər bu xəstəliyə SƏBƏB OLUR

Image result for Qazlı içkilər bu xəstəliyə SƏBƏB OLUR

Alimlər diabet və demansiya xəstəliyi arasında əlaqəni araşdırıblar.

AzerTaym.az "ölkə.az"a istinadla xəbər verir ki, nəticələrə əsasən, qazlı içkilər də risk yaradır.

ABŞ-ın Kolumbiya universitetinin alimlərinin tədqiqatı nəticəsində məlum olub ki, "Alzheimer" xəstəliyi ilə şəkərli, xüsusilə də kola kimi qazlı içkilər arasında əlaqə var.

Bununla yanaşı, xəstəliyin qazlı içkilərdən yaranıb-yaranmadığını sübut etmək üçün daha çox araşdırma aparmaq lazımdır.
Alimlər 7 il ərzində 2.226 yaşlı şəxsin iştirakı ilə çalışma aparıblar. 7 il ərzində bu şəxslərin qəbul etdiyi şəkər əlavə edilmiş qidalar, yüngül içkilər və meyvə suları qeydə alınıb. İştirakçıların 429-u "Alzheimer" xəstəliyinə yoluxub. Tədqiqatın sonunda gündə 30 qram şəkər əlavə edilmiş qida qəbul edənlərlə 6 qram şəkər əlavə edilmiş qida qəbul edənlər arasında xəstəliyə yoluxma riskinin 33% çox olduğu üzə çıxıb.

Məlum olub ki, təkcə qazlı su yox, şəkər əlavə edilmiş meyvə suları da risk mənbəyidir.






Fikirlər