Amnesty International: "2015 EDAM sayına görə REKORD ildir"

Amnesty International: "2015 edam sayına görə rekord ildir"

"Amnesty International" təşkilatı dünyada edam edilənlərin sayını açıqlayıb.

 AzerTaym.az Ölkə.az-a istinadən xəbər verir ki, təşkilatın hesablamalarına görə, 2015-ci ildə bütün dünyada ümumilikdə 1600 nəfər edam edilib.

Edam sayına görə ilk beşlikdə yer alan ölkələr Çin, İran, Pakistan, Səudiyyə Ərəbistanı və ABŞ-dır.

Avropada isə ölüm cəzasının qüvvədə olduğu yeganə ölkə Balarusdur.

Təşkilat məlumat verir ki, 2015-ci ildə edam olunanların sayı 2014-cü ildə edam olunanların sayından 537 nəfər və ya 50% çoxdur. 2016-cı ildə bu rəqəmin daha da artacağı gözlənilir.






Fikirlər