05.06.2014.- Kliçko vəzifə andı içdi

05.06.2014.- Kliçko vəzifə andı içdiVitali Kliçko Kiyev meri kimi and içib. ANS-in məlumatına görə, UDAR partiyasının lideri bir müddət öncə keçirilən mer seçkisinin qalibi olub.
Deputatlar qarşısında çıxış edən Kliçko qeyd edib ki, Kiyevdə korrupsiyaya qarşı tolerantlıq olmayacaq.
"Bu gün biz yeni ölkə - azad vətəndaşların ölkəsini qururuq. Ölkədə dəyişiklik paytaxt Kiyevdən başlayacaq. Təəssüf ki, biz çətin miras aldıq. Kiyevi uzun müddət işbazlar soyublar, kiyevlilərin hesabına öz ciblərini doldurublar. Buna son qoymaq lazımdır. Bu gündən mən elan edirəm ki, Kiyevdə korrupsiyaya qarşı dözümlülük olmayacaq".
Qeyd edək ki, Kliçkonun mer seçilməsi ilə əlaqədar onun parlamentdəki fəaliyyəti dayandırlıb.






Fikirlər