Rusiya dünyanın 10 ən təhlükəli ölkələri siyahısında - Reytinq

Rusiya dünyanın 10 ən təhlükəli ölkələri siyahısında - ReytinqRusiya dünyanın 10 ən təhlükəli ölkələri sırasındadır.

Musavat.com-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, “Global Peace İndex”in reytinqində bu ölkə Şimali Koreya ilə Nigeriyanın arasında qərar tutmaqla 162 dövlət sırasında 152-ci yeri tutub.

Reytinqin tərtib edilməsi zamanı 23 göstəricidən istifadə olunub. Daxili göstəricilərə ölkədəki zorakılıq və cinayətkarlığın səviyyəsi, xarici amillərə - qonşu ölkələrlə münasibətlər və hərbi xərclərin həcmi, həmçinin, ölkədəki qaçqınların faizi, hakimiyyətin insan haqlarına əməl edilməsi və s.məsələlər daxildir.

Dünyanın ən təhlükəli ölkələsi kimi Suriya tanlnıb. Onun ardınca İraq və Əfqanıstan gəlir. Ən təhlükəsiz ölkələri İslandiya, Danimarka və Avstriya hesab edilib.






Fikirlər