İstanbulda terror qurbanları belə yad edilir FOTOSESSİYA
İstanbulda İstiqlal küçəsində baş verən terrorla bağlı anım tədbiri keçirilir. Qeyd edək ki, dünən baş verən terror zamanı 6 nəfər həlak olub, 81 nəfər yaralanıb. Yaralılardan 2-sinin vəziyyəti ağırdır.
Musavat.com xəbər verir ki, terrorun qurbanları yad edilir, onların ruhuna dualar oxunur, partlayışın baş verdiyi yerə qərənfillər qoyulur.
Vətəndaşlar terroru pisləyir, bu kimi hadisəni törədənlərə qarşı mübarizədə hər zaman dövlətlərinin yanında olacaqlarını bildirirlər.