Ukrayna ordusu üstünlük qazanır- Daha bir kənd işğaldan azad olundu...
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Strojevoe kəndini işğaldan azad edib. Musavat.com UNİAN-a istinadən xəbər verir ki, bu barədə dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasından bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb. Xatırladaq ki, Stojevoe 2022-ci ilin martından işğal altında idi.