Səudiyyə şahzadəsi AZADLIĞA BURAXILDI
Noyabrın 4-də Səudiyyə Ərəbistanında korrupsiyaya qarşı tədbirlər adı altında aparılan əməliyyatlar zamanı həbs edilən şahzadələrdən biri Mitəb bin Abdullah azadlığa buraxılıb. AzerTaym axar.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ətraflı məlumat verilməyib.Qeyd edək ki, sözügedən əməliyyatlarda şahzadə və ailələri də daxil olmaqla 200-ə yaxın insan “Ritz Çarlton” otelində saxlanılır.