YAP təmsilçisi “ŞUŞA” konyakından danışdı
Aydın Mirzəzadə: “Bu, qanunla qadağan deyil, amma...” Xəbər verdiyimiz kimi, bu günlərdə marketlərdə “Şuşa” konyakı peyda olub. (http://www.moderator.az/news/149742.html ). Maraqlıdır, uzun illərdir ki, erməni işğalı altında qalan bir şəhəin adının hansısa spirtli içkiyə verilməsi nə dərəcədə doğrudur? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən YAP millət vəkili Aydın Mirzəzadə bunun qanunla qadağan edilmədiyini, fəqət istehsalçıların bu məsələdə həssaslıq nümayiş etdirməsi gərəkdiyini vurğuladı: “Bu, qanunla qadağan edilməyib. Bu məsələyə prinsipcə birmənalı baxış yoxdur. Necə ki, bəzi içilərimizə ayrı-ayrı coğrafi məkanların, tarixi şəxsiyyətlərin adı verilir. Görünür, bu məsələyə bir qədər həssas yanaşmaq lazımdır. Şübhəsiz ki, “Şuşa” içdim” və ya “mənə bir “Şuşa” ver” kimi cümlələr bizimçün əcaib səslənə bilər. Qanunla qadağan edilməsə də, istehsalçılar bu məsələlərə bir qədər diqqətli və həssas yanaşsalar daha yaxşı olar”.