Əli Xameneyi: “İŞİD-i ABŞ YARADIB”
İranın ali dini lideri Əli Xameneyi İraqa terrorla mübarizə zamanı ABŞ-a etibar etməməsini məsləhət görüb. AzerTaym.az xarici KİV-ə istinadən xəbər verir ki, o bu barədə İraq baş naziri Heydər əl-Abadi ilə görüş zamanı deyib. “ABŞ-a və onun yalanlarına etibar etməyin. Onlar fürsət tapan kimi İraqa zərər vurmağa çalışacaqlar”. Dini lider məhz ABŞ-ın İŞİD-i yaratdığını və İraq ordusunun qələbələri fonunda rola girdiyini deyib.