Prezident sərəncam verdi - İdarə heyətinin SƏDRİ OLDU
Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri və Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. "Qafqazinfo" xəbər verir ki, sərəncamda qeyd olunur ki, Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilsin. Prezidentin digər sərəncamı ilə aşağıdakı şəxslər Himayəçilik Şurası üzvləri olub: Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.