Valideynlər ADU-da İMTAHAN PROSESİNİ izləyiblər

Yanvarın 24-də Azərbaycan Dillər Universitetində (ADU) təhsil alan tələbələrin valideynlərinin bir qrupuuniversitetin hər üç tədris binasında2017-2018-ci tədris ilinin payız sessiyasının imtahan prosesini izləyib.

Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev valideynlərə imtahan prosesi barədə ətraflı məlumat verdikdən sonra onlarıuniversitetlə tanış edib.

İmtahan prosesini izləyən valideynlər daha sonra ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla ilə görüşüblər. Rektorvalideynlərin imtahan prosesində iştirak etməsini yüksək qiymətləndirib. Universitetin qapılarının hər kəsə açıq olduğunuqeyd edən akademik valideynlərin təkcə imtahan sessiyası zamanı deyil, istənilən vaxt universitetdə keçirilən tədbir və iclaslardaiştirak edə biləcəyini vurğulayıb.Görüş zamanı rektor valideynlərinADU ilə əməkdaşlıq etməsinin universitet üçün yeni istiqamətlər və hədəflər müəyyən edəcəyinəümidvar olduğunu bildirib.

K.Abdulla qonaqlara universitetdə həyata keçirilən layihələr və onların mahiyyəti, tələbələrin inkişafına verdiyi töhfələrdən də söz açıb. O, universitetlə əməkdaşlığa görə valideynlərə təşəkkürünü bildirib.

İmtahanları izləyən valideynlər prosesin təşkili və gedişatından razılıqlarını bildiriblər. Onlar imtahan prosesində obyektivlik və şəffaflığıntam təmin olunduğunu vurğulayıblar. Qeyd olunub ki, imtahan nəticələrinin vaxtında bəlli olması tələbələrinnövbəti imtahanüçün psixoloji cəhətdən hazırlığına şərait yaradır. Bu da öz növbəsində uğurların davamına təminat verir.

Görüş müzakirələrlə yekunlaşıb.

Qeyd edək ki, imtahan sessiyası əyani şöbədə 5 fevral 2018-ci ilədək, qiyabi şöbədə isə 8 fevral 2018-ci ilədək davam edəcək.  İmtahan sessiyası mövcud normativ sənədlərə uyğun təşkil olunub. Sessiyanın beynəlxalq təcrübəyə əsaslanması və otaqların imtahan başlanana qədər materialla təchiz edilməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda sessiyanın obyektiv və qaydalara uyğun keçirilməsinə kömək etmək məqsədi ilə tələbə təşkilatlarının imtahanın keçirilməsində iştirakı təmin edilib.

Əlavə edək ki, ADU-da 2017-2018-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara və əsasnamələrə uyğun keçirilməsini təmin etmək məqsədi ilə imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədi ilə Operativ Qərargah fəaliyyət göstərir.

Eyni zamanda, ADU-nun 441-58-63, 440-64-82, 564-06-51 saylı telefonları və [email protected] ünvanlı elektron poçtu “Qaynar xətt” elan edilib.AzerTaym.az






Fikirlər