HÜSEYN ABDULLAYEV VƏKİLİ İLƏ GÖRÜŞDÜ
Türkiyədə saxlanılaraq Azərbaycana gətirilən sabiq millət vəkili Hüseyn Abdullayev vəkili ilə görüşüb. Bu barədə Trend-ə H.Abdullayevin vəkili məlumat verib. Vəkil bildirib ki, H.Abdullayev istintaqa cəlb edilib, hazırda onunla bağlı istintaq hərəkətləri aparılır: "Hüseyn Adbullayev Azərbaycana gətirilib və aprelin 23-dən istintaq hərəkətləri aparılmasına başlanılıb. Vəkillə görüşü də təmin edilib. Hələlik istintaq təcridxanasına köçürülməyib. Yaxın günlərdə istintaq təcridxanasına köçürüləcək".