YAP-da yığılan üzvlük haqları necə xərclənir? - SİYASİ ŞURA ÜZVÜNDƏN İTTİHAM!

YAP-da yığılan üzvlük haqları necə xərclənir?

YAP Siyasi Şurasının üzvü sabiq icra başçısı Musa Musayev hakim Yeni Azərbaycan Partiyasında maliyyə şəffaflığının olmadığını iddia edib.

Gununsesi.org-un xəbərinə görə, özünün sosial şəbəkə hesabında bu haqda yazan sabiq başçı bildirib ki, 750 min üzvdən yığılan pullarla bağlı açıqlama verilməlidir:

Yeni Azərbaycan Partiyasının İcra katibliyi və Nəzarət Təftiş Komissiyası 20 ildir ki, maliyyə hesabatı vermir. Məndə olan məlumata görə, YAP-ın əməkdaşlarına mənzillər tikilərək bölüşdürülüb. YAP -da çalışan bəziləri bir neçə mənzilə sahib olub. Mən bu partiyanı yaradanlardan və Siyasi Şuranın üzvü kimi bundan xəbərsiz olmuşam. YAP -ın 750 min üzvündən pul yığılır. Bu vəsaitin sərfiyyatı şəffaf olmalıdır. Mən də uzun illər üzvlük haqqı vermişəm”.

Musa Musayev sonda ödədiyi pulların qəbzini də hesabında paylaşıb.






Fikirlər