Sinoptiklərimizdən bu günə müjdə
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də
buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, gündüz havanın dəyişkən buludlu olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 9-13, gündüz 13-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacaq, bəzi şimal və şərq rayonlarında yağış yağacaq. Şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 12-17, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.