Prezidentin tapşırığı ilə Myanma müsəlmanlarına YARDIM GÖNDƏRİLİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədi ilə Azərbaycan hökuməti tərəfindən humanitar yardım göndərilir. “Report”un xəbərinə görə, humanitar yadım “SilkWay” aviaşirkəti vasitəsilə Rohingya müsəlmanlarının müvəqqəti sığınacaq tapdığı Banqladeşə göndərilir. Göndərilən humanitar yardıma gündəlik tələbat malları və ərzaq məhsulları daxildir.