FTB-nin keçmiş əməkdaşı Gülənin himayədarının ADINI ÇƏKİB
Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin arxasında Federal Təhlükəsizlik Bürosunun (FTB) sabiq rəhbəri Robert Müller dayanıb. Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri FTB-nin keçmiş əməkdaşı Sibel Edmonds deyib. 11 Sentyabr hadisələrini FTB-nin bildiyi halda qarşısını almadığını bildirən Edmonds büronun Güləni necə qoruduğu ilə bağlı məlumatları açıqlayıb. Onun sözlərinə görə, Gülən planetdəki ən təhlükəli adamdır və o, ABŞ-da oturaraq hansısa terror təşkilatını idarə edir. Edmonds Gülənə qarşı irəli sürülən ittihamların Müller tərəfindən ört-basdır edildiyini bildirib: “Müller Güləni hədəfə alan Ağ Evin təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Maykl Flinə müharibə elan edib. Müller ABŞ Prezidenti Donald Trampın Rusiya ilə əlaqəsinin araşdırılması ilə məşğuldur. Flin bu araşdırmada Türkiyə ilə əməkdaşlıq edilməli olduğunu və bunun üçün Gülənin ekstradisiyasının vacibliyini vurğulayıb. Bu zaman Müller araya girib və Flini Rusiya ilə əlaqədə günahlandıraraq, vəzifədən getməsinə səbəb olub”.