Gülər Əhmədovanın vəkili HAKİM QARŞISINDA - dələduzluq işi

Məhkumluq həyatı yaşamış sabiq deputatın vəkili hakim qarşısına çıxarılıb. O, dələduzluqda ittiham edilib.

Musavat.com xəbər verir ki, vəkil Əfsər Talıbovun cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Hakim Rasim Sadıxovun sədrliyi ilə baxılan prosesdə Əfsər Talıbova şərti cəza verilib.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunan Ə.Talıbov vətəndaş . Mehman Səmədovun 22 min 900 manat pulunu ələ keçirmişdi.

Məhkəmə istintaqı zamanı tərəflər arasında barışıq imzalanıb. Zərərçəkmiş məhkəməyə verdiyi ifadəsində vəkilə qarşı heç bir şikayət və tələbi olmadığını deyib.

İttihama görə, Ə.Talıbov tanışı Xəyyam Hətəmova Yeni Yasamalda inşa edilən binada şəxsi mənzilinin olduğunu və satdığını deyib.

O, müştəri tapmasını tanışı Xəyyam Hətəmovdan xahiş edib. X.Hətəmov ona M.Səmədovun mənzili almaq istədiyini deyib. 

“Kamran” MTK hüquqi yardım göstərən Əfsər Talıbov adıçəkilən MMC-nin təsisçisi Tofiq Babayevdən guya Mehman Sadıqova olan borcunun əvəzində müvəqqəti girov qoymaq adı ilə “Kamran” MMC-dən mənzil alınmasına dair müqavilə tərtib olunmasını xahiş edib. Borcunu ödədikdən sonra müqaviləni geri qaytaracağını vəd edib. Amma vədinə əməl etməyib.

Ə.Talıbovun barəsində şərti cəza təyin edilib.

Dövlət ittihamçısı apellyasiya prostesti verərərk cəzanın ağırlaşdırılmasını tələb edib. Protest üzrə ilkin baxış iclası fevralın 1-də Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, Əfsər Talıbov Gülər Əhmədovanın vəkili olub.






Fikirlər