TƏCİLİ YARDIM GÜCLƏNDİRİLMİŞ İŞ REJİMİNDƏ işləyəcək
Aprelin 11-də keçiriləcək prezident seçkiləri zamanı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
AzerTaym.az-ın xəbərinə görə, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib.
R. Nağıyev qeyd edib ki, aprelin 11-də tibbi yardım stansiyasının bütün əməkdaşları iş başında olacaqlar.