Bərdədə bayrağımıza qarşı hörmətsizlik olunub - VİDEO

Sosial şəbəkələrdə Azərbaycan bayrağına qarşı hörmətsizlik edən şəxsin görüntüləri yayılıb.

“AzPolitika.info” xəbər verir ki, Bərdə rayonunda kimliyi məlum olmayan şəxs mağazaya daxil olaraq, satıcıyla mübahisə etməyə başlayıb. Daha sonra isə mağazanın önündən asılan bayrağı qopararaq, masanın üzərinə atıb.

Qeyd edək ki, həmin şəxsin Bərdə rayon İcra Hakimiyyətinin nümayəndəsi olduğu bildirilir.

Ad - 00:12

 

Bu barədə DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, qeyd edilən görüntülərlə əlaqədar Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalara başlanılıb. Hadisəni törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən edilib. Araşdırmaların nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək






Fikirlər