08.03.2014. - 8 MART günü qadın "AzərSu"nun kişi işçisini döydü.
Səbailin Qurban Abbasov küçəsi, ev 40 ünvanında Reyhan Rzayeva adlı xanım əks cinsdən olan Gülağa Cəfərovu döyüb.
“Qafqazinfo” xəbər verir ki, “Azərsu” ASC-nin əməkdaşı Gülağa Cəfərov Reyhanın yaşadığı mənzil 21 ünvanına su pulunu almağa gəlib. Bu zaman onların arasında mübahisə yaranıb. Mübahisə zamanı Reyhan Gülağanı döyüb.
Faktla bağlı araşdırma aparılır.