İSLAM OYUNlarının GÜMÜŞ mükafatçısı BIÇAQLANDI

İslam Oyunlarının gümüş mükafatçısı bıçaqlandı

Bakıda keçirilən 4-cü İslam Həmrəylik Oyunlarının boks yarışlarında 69 kq çəkidə gümüş medal qazanan Tamerlan Abdullayev bıçaqlanıb.

Bu barədə “Qafqazinfo”ya idmançının özü məlumat verib.

O, hadisənin dünən ad gününü keçirərkən restoranların birində baş verdiyini, amma vəziyyətin elə də ciddi olmadığını deyib. Abdullayev bildirib ki, hazırda xəstəxanadadır:

Ad günümü keçirərkən restoranda bıçaqlanmışam. Amma xəsarət elə də ciddi deyil. Özümü yaxşı hiss edirəm və hər şey qaydasındadır. Düzdür, hazırda xəstəxanadayam. Amma ciddi problem yoxdur”.






Fikirlər