Pandemiya zamanı REKORD: 1 gündə 6,5 milyard dollar QAZANDI

ABŞ-ın Amazon şirkəti koronavirusun vurduğu zərbədən özünə gələn ilk şirkət olub.

 Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin səhmləri çərşənbə axşamı rekord bahalaşaraq sahibi Cef Bezosu 6,5 milyard dollar varlı edib.

 Beləliklə, dünyanın ən zəngin adamı sərvətini 5% artıra bilib. Amazon-un səhmləri 5,3% dəyər əldə edərək 1 səhm üçün 2283 dollara çatıb.

 Bu bahalaşma onlayn satış və çatdırılma ilə məşğul olan Amazon-un pandemiya şəraitində öz xidmətlərini başqa şirkətlərə də təklif etməsi və tələbatın yüksək olması ilə bağlıdır.

Şirkətin prezidenti Cef Bezosun sərvəti 113 milyard dollara çatıb. Amazon isə koronavurusun birjalara zərbəsindən sonra artıma keçən 28-ci ABŞ şirkətidir.






Fikirlər