“DÜNYADA İSTEHSAL OLUNAN TİRYƏKİN 80 faizi ölkəmizdə müsadirə edilir”
“Dünyada istehsal olunan tiryəkin təxminən 80, eləcə də heroin və morfinin 40 faizi İranda müsadirə edilir”. AzerTaym.az “Report” istinadən xəbər verir ki, bunu İranın daxili işlər naziri Abdulrza Fəzli bildirib.
Onun sözlərinə görə, 2015-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlardan müxtəif növ 620 ton narkotik maddə götürülüb.