Vüsal Aslanov daha bir rəisi işdən çıxardı...

Vüsal Aslanov daha bir rəisi işdən çıxardı

"Bakı Metropoliteni" QSC-də daha bir idarə rəisi işdən çıxarılıb. 

AzerTaym.az-ın Qaynarinfo-ya istinadən məlumatına görə, bu barədə qurumun sədri Vüsal Aslanov əmr imzalayıb.

Əmrə əsasən, qurumun Təchizat İdarəsinin rəisi İlqar Qasımov öz ərizəsi ilə vəzifəsindən azad olunub. 

Qeyd edək ki, İlqar Qasımov 5 ildən arıtıq müddətdə sözügedən vəzifədə çalışırdı.






Fikirlər