Dünyanın ən kiçik ölkəsi: Burada heç kim doğula bilməz – Vatikan haqqında maraqlı faktlar - VİDEO

Dünyanın ən kiçik ölkəsi: Burada heç kim doğula bilməz – Vatikan haqqında maraqlı faktlar - VİDEO

Son günlərdə Roma Papasının səhhətinə yaşanan problemlər bütün diqqətləri Vatikan şəhər dövlətinin üzərinə çəkdi.

Ölkə.Az Vatikanla bağlı maraqlı faktları təqdim edir:

Vatikan, Müqəddəs Pyotr Həvari məzarı üzərində tikilmiş xristian dünyasının mərkəzidir. Bəzi mənbələrə görə, “vatikan” sözü latıncadan tərcümədə “öncədən xəbər vermək” mənasına gəlir.
Bu dövlətin tarixi 756-cı ildən, yəni frankların kralı Gödək Pipinin (adın orijinalı PİPİN) ovaxtkı Papa İkinci Strfana Roma şəhərinin və onun ətrafını bağışladıqdan sonra başlanır. Bu ərazidə isə heç bir dövlətə tabe olmayan müstəqil Papa vilayəti yaradılıb. 

Mütləq teokratik (dini) monarxiya şəklində idarə olunur. Vatikan 1929-cu ildə Roma Katolik kilsəsi və İtaliya rəhbərliyi arasında imzalanmış Lateran sazişi əsasında yaradılıb. 

Cəmi 44 hektar ərazisi və 1000 nəfərdən çox əhalisi ilə Vatikan dünyanın ən kiçik ölkəsidir. Bu, yəqin ki, dünyada 1 saatdan az müddətdə gəzilməsi mümkün olan yeganə ölkədir. Onu daha da maraqlı edən ölkənin Roma şəhəri daxilində yerləşməsidir.

Vatikan, ehtimal ki, dünyada həbsxanası olmayan yeganə ölkədir. Həbsə məhkum edilənlər Lateran müqaviləsinə uyğun olaraq İtaliya həbsxanalarında cəza çəkirlər. Həbs xərcləri Vatikan hökuməti tərəfindən ödənilir.

Əhalisinin hamısı katoliklərdən ibarət olan Vatikanın vətandaşları sayca az olsa da, dünyanın ən cinayətkar ölkəsidir. Çünki bu statistika adambaşına hesablanır. 
Adətən turistlər tərəfindən törədilən cinayətlər soyğunçuluqdur. Hətta Vatikanın rəsmi turizm saytı da qonaqlardan hər zaman ayıq-sayıq olmağı xahiş edir.

Dünyada ən çox şərab içənlər vatikanlılardır. Orta Vatikan sakini hər il 74 litr yəni 105 şüşə şərab içir. Bu göstərici şərab paytaxtı adlandırılan Fransa və İtaliyadan 2 dəfə çoxdur.
Vatikanlıların tez-tez yemək süfrəsi təşkil etməsi və rüsumsuz şərab satılması şərab istehlakının artmasına səbəb olur.

Ənənəyə görə, Papanın müdafiəsinə 135 İsveçrə əsgəri cavabdehdir.
Vatikanın xəstəxanası yoxdur və bu ölkədə heç kim anadangəlmə vətəndaşlıq qazana bilməz. Vətəndaşlıq Müqəddəs Taxt-Tacın xidmətində müəyyən vəzifədə işləmək üçün verilir. İşləyən şəxslər təqaüdə çıxdıqda vətəndaşlıqdan məhrum edilir. Əgər bu şəxsin başqa heç bir vətəndaşlığı yoxdursa, ona İtaliya vətəndaşlığı verilir.

Vatikanda gündəlik ünsiyyətdə italyan, rəsmi yazışmalarda isə latın dilindən istifadə edilir. Bu ölkə həm də latın dilinin faktiki qoruyucusu hesab olunur. Hətta burada latın dilində təlimatları olan bir bankomat da var.

Vatikan, bütün ərazisi Ümumdünya İrsi elan edilən yeganə ölkədir. Burada Müqəddəs Pyotr Bazilikası, Sikstin kapellası, Vatikan Apostol Kitabxanası və Vatikan Muzeyləri kimi dini və mədəni obyektlər var.

Əhalisinin yalnız 5.5%-i qadınlardır. Vatikan əhalisi doğuş yolu ilə artmır. Vətəndaşlarının əksəriyyəti sadəcə yaşlı və subay kişilərdən ibarətdir, ölkə əhalisi vakansiyalara, o cümlədən papalıq kimi yüksək səviyyəli vəzifələrə görə artır və ya azalır.

Son illərdə Beynəlxalq münasibətlərdə Vatikanın rolu xeyli canlanıb. Buna təkan verən amil dövlət rəhbərliyinin, ilk növbədə papa İkinci İoann Pavelin siyasi dinamizmi olmuşdu. O, şəxsən aparıcı dövlət rəhbərləri ilə birbaşa münasibət qurmağı bacarıb. Vatikan rəhbərliyi dünyanın ən ağrılı-acılı problemləri, kütləvi qırğın silahlarının tam ləğvi, regional münaqişələrin dinc yolla həll olunması, ətraf mühitin qorunması kimi məsələlərdə konstruktiv mövqedən çıxış edir. 
Müqəddəs taxt-tac dünyanın 174 ölkəsi ilə diplomatik münasibətləri dəstəkləyir. Bununla yanaşı, Vatikan 15 beynəlxalq təşkilatın üzvüdür.
Vatikan Kilsəsi təkcə dini qurum deyil, həm də dünyanın ən qədim və təsirli təşkilatlarından biridir.

Əsas gəlir mənbəyi bütün dünyadan olan katolikərin ianələri, turizm və suvenirlərin satışıdır.

Ölkənin illik büdcəsi təqribən 310 milyon dollar olaraq qiymətləndirilir.

Vatikanın öz futbol komandası, televiziya, radio və qəzeti də var. Radiosu 47 dildə katolik xəbərlərini bütün dünyaya çatdırır.






Fikirlər