"Gülbahar brilyantlarını satıb müalicə etdirsin" -NADİR QAFARZADƏ
Müğənni Nadir Qafarzadə Əməkdar artist Gülbahar Şükürlü ilə bağlı video müraciət yayıb. "AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, sənətçi beynində şiş tapılan qarmon ifaçısının müalicəsi üçün maddi imkanının olmadığını bildirib: "Günü-gündən Gülbahar xanımın vəziyyəti ağırlaşır. Ona yardım lazımdır. Sənət adamları uzun müddətdir pul qazanmır. İş yoxdur. gülbahar da yığdığını yedi və bitdi". Qafarzadənin paylaşımına prodüser Tarix Əliyev (Tolik) sərt reaksiya verib. O, G.Şükürlünü yetəri qədər imkanı olduğunu vurğulayıb: "Səni həmişə dəstəkləmişəm, amma anlamadım, Gülbaharın pulu yoxdur? Bu qədər imkansız ailələr var. Onlar heç həkimə gedə bilmirlər. Şükür Allaha, Gülbaharın qızı, kürəkəni özünün qızıllarını, brilyantlarını satsın. Canından artıq deyil ki... Gülbahara hörmətim var. Allah tez zamanda şəfasını versin. Amma onun köməyə ehtiyacı yoxdur, tanışları da, özünün azdan-çoxdan imkanı da var. Vay kasıbın halına ki, evində 100 manatı yoxdur, uşağını həkimə aparsın". Qeyd edək ki, G.Şükürlü xərçəngdən əziyyət çəkir.