Prezident daha bir xalq artistinə ev bağışladı
Prezident İlham Əliyev Xalq artisti Məmmədsəfa Qasımova mənzil hədiyyə edib. Teleqraf.com xəbər verir ki, mənzilin açarları bu gün ona təqdim olunacaq. Xalq artisti Prezident İlham Əliyevə öz təşəkkürünü bildirib. Məmmədsəfa Qasımov 25 iyul 1960-cı ildə Dəvəçi şəhərində anadan olub. 1977-1980-ci illərdə Bakı mədəni-maarif texnikumunuda özfəaliyyət teatr kollektivi rəhbəri ixtisası üzrə Əfrasiyab Məmmədovdan, 1980-1984-cü illərdə M.A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsində Nəsir Sadıqzadə, Fuad Hacıyev və Zəminə Hacıyeva kimi sənətkarlardan dərs alıb. Fəaliyyətini 1985-ci ildən görkəmli teatr xadimi Vaqif İbrahimoğlunun yanında Tədris Teatrında davam etdirir. Hazırda Yuğ Teatrının aktyorudur. Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professsorudur. 27 may 2018-ci ildə Azərbaycanın Xalq artisti fəxri adına layiq görülüb.