14.05.2014. - İ.Rəhimovdan şok açıqlama

14.05.2014. - İ.Rəhimovdan şok açıqlama Tanınmış iş adamı, əməkdar hüquqşünas, hüquq elmləri doktoru, professor İlham Rəhimov "Teleqraf.com"a geniş müsahibə verib. Dağlıq Qarabağ münaqişəsinin həlli yolları barədə mövqeyindən, Ukraynada baş verən proseslərdən geniş şərh verən professor İ.Rəhimov şok açıqlama verib;
"Hesab edirəm ki, Rusiya Ukraynada hadisələrin belə inkişaf etməsini gözləmirdi. Qərblə Rusiya arasında mübarizə Yanukoviçə görə idi və Moskva bilirdi ki, Yanukoviçi itirməklə o, Ukraynanı itirəcək. Bu isə öz növbəsində MDB-nin dağılmasına gətirəcək, nəticədə NATO qüvvələri bu ərazilərdə bərqərar olacaq. Qərbin və ABŞ-ın məqsədi Rusiyanı hissələrə parçalamaqdır. İlk növbədə, Qərbə Ukraynanı MDB-dən qopartmaq lazımdır, ona görə ki, məhz Ukrayna MDB-nın ikinci güclü dövlətidir. Aydındır ki, baş verəcək prosesləri qabaqcadan proqnozlaşdıra bilən və kifayət qədər praqmatik siyasəti olan V.Putin bu nəticələri, daha doğrusu, hələ ki davam edən və müşahidə etdiyimiz hadisələri bilirdi. Artıq Qərb və ABŞ ilə Rusiya arasında başlayan soyuq müharibə öz mənfi iqtisadi təsirini hamıya göstərməkdədir. Ruslar soyuğa və aclığa dözə bilərlər, amma Qərb əhalisi qətiyyən hazır olmadıqları bu kimi narahatlığın öhdəsindən qələ biləcəklərmi? Buna görə də, həyəcan və ruslarla soyuq müharibəyə son qoymaq tələbləri mütləq olacaq. Ukraynanın gələcəyinin necə olacağına gəlincə, hesab edirəm ki, Kiyev regionlarla dialoqa gedib məsələni həll edə bilər. Rusiya da bunu istəyir. Ukraynanın şərqində çoxlu ruslar yaşayır. Rusiya dövləti də onlara heç bir vaxt biganə ola bilməz. Prinsip etibarilə Ukrayna Qərb və ABŞ-a hərbi bazalarının oraya yerləşdirilməsi üçün lazım idi. Bütün dava onun üstündə gedir. Belə kataklizmlər tarixən mövcud olub, adətən imperiyalar çökəndə onun parçaları altında vaxtilə bir dövlətdə birləşdirilmiş xalqlar qalıb. Torpaq davası baş verib, bu həmişə belə olub. Zira, imperiya yarananda da, çökəndə də eyni proses gedib, güc prosesi. Bu problemlər həmişə mövcud olub, təkcə Ukraynada yox ki. Nəhəng imperiyaların yaranma, çökmə taleyi oxşardır. Misal kimi qədim Roma, Osmanlı, Rus, Avstriya-Macarıstan, İran, Ərəb xilafəti və SSRİ kimi imperiyaları göstərmək olar."






Fikirlər