Azərbaycanlı siyasətçi Ərdoğanın RƏQİBİ OLUR
2019-cu il prezident seçkisində namizəd olacağam.
"AzerTaym.az" axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Milliyətçi Hərəkat Partiyasının keçmiş üzvü, əslən azərbaycanlı siyasətçi Sinan Oğan söyləyib.
“Bu referendumdan sonra yaranan tabloya görə, 2019-da prezidentliyə namizədliyini irəli sürən Ədalət və İnkişaf Partiyasının namizədinin qələbə qazanma ehtimalı sıfırdır. Türk millətçiləri namizəd irəli sürəcəklər. Şərait imkan verəcəyi təqdirdə bu vəzifəni öz üzərimə götürməkdən qürur duyaram. Sağ cinahdakı müxalifətə referendum dövründə biz liderlik etmişik”, – deyə o bildirib.