Kadırov deputatın qisasını TƏLƏB ETDİ
Hüquq-mühafizə orqanları qısa zaman ərzində deputat Maqomed Ashabovun ölümündə günahkar olanları tapıb cəzalandırmalıdır. Axar.az xəbər verir ki, bu sözləri öz İnstaqram səhifəsində Çeçenistan lideri Ramzan Kadırov paylaşıb. O, Ashabovun yaxınlarına da başsağlığı verib. Qeyd edək ki, Ashabov dünən qətlə yetirilib. Onun iş avtomobili naməlum şəxslər tərəfindən gülləbaran edilib.